Qadınlar da kişilər qədər xəyanət  edir, ancaq səbəbləri FƏRQLİDİR
28 aprel 2025 12:34 (UTC +04:00)

Qadınlar da kişilər qədər xəyanət edir, ancaq səbəbləri FƏRQLİDİR

Ənənəvi stereotiplərə baxmayaraq, hansı ki, kişini xəyanətkar kimi təqdim edir, müasir araşdırmalar göstərir: kişilər və qadınlar təxminən eyni tezliklə xəyanət edirlər -statistika bərabər səviyyəyə yaxınlaşır.

Lent.az bunun səbəblərini təqdim edir:

Bir baxışda kişilərlə qadınlar arasında fərq yoxdurmuş kimi görünsə də, əslində qadınların xəyanəti çox zaman başqa səbəbdən qaynaqlanır. Qadın üçün xəyanət, ilk növbədə, münasibətlərdə emosional yaxınlığın itməsinin göstəricisidir. Əgər partnyor artıq dəstək, heyranlıq və qayğı mənbəyi deyilsə, qadın özünü tənha hiss etməyə başlayır.

Bu daxili yalnızlıq onu başqa yerdə emosional istilik axtarmağa vadar edir. Elə bilmək olar ki, bu problemi həll etmək asandır - hər gün sevdiyinə onun nə qədər gözəl, ilhamverici və dəyərli olduğunu demək kifayətdir. Bəzən qadının ehtiyac duyduğu da məhz budur. Amma qadın üçün sadəcə təriflər eşitmək deyil, şərtsiz sevildiyini hiss etmək vacibdir. Bundan əlavə, müasir cəmiyyətdə qadının mövqeyi də dəyişib.

Sosial fəallığın artması, maliyyə müstəqilliyi və şəxsi inkişaf qadınları emosional boşluğa dözməyə daha az meylli edib. Əvvəllər onlar daha çox “dözürdülərsə”, indi onların seçim imkanı var və onlar bu imkandan fəal istifadə edirlər.

Daha bir vacib səbəb - qadının özünü təsdiqləmə istəyi ilə bağlıdır. Daxili özünə inamsızlıq dövrlərində, özünə qiymətin aşağı düşdüyü zamanlarda, romantik münasibət bir daha özünü cəlbedici və lazım olan biri kimi hiss etmək vasitəsi ola bilər. Lakin, təəssüf ki, bu emosional partlayışdan sonra çox vaxt daxili boşluq yaranır: çöldən alınan təsdiq daxili bütövlük hissini əvəz edə bilmir.

Əhəmiyyətli olan başqa bir məqam isə odur ki, kişi xəyanəti daha çox fiziki cəzb ilə bağlıdırsa, qadın xəyanəti daha çox ruhani bağlılığın çatışmazlığı ilə bağlıdır. Hətta belə münasibətlərdə fiziki yaxınlıq heç əsas rol oynamaya da bilər - qadın emosional olaraq yaxınlıq qura bilər, amma fiziki xətti keçməz. Bununla belə, daimi partnyor üçün bu da az əzabverici olmur. Çünki emosional bağlılıq əslində, yeni bir münasibətin başlanğıcıdır.

Bəzi qadınlar münasibətə ideal obrazlı bir kişi ilə başlayır və onun həmişə bu obrazda qalacağını düşünür. Amma reallıq gözləntilərlə üst-üstə düşməyəndə, məyusluq yaranır. Əgər bu anda qadın özünü anlaşılmamış və emosional olaraq tək hiss edirsə, yanında onu dinləməyə və dəstək olmağa hazır biri tapılırsa, bu, xəyanətə gətirib çıxara bilər.

Beləliklə, qadın xəyanətinin kökü əksər hallarda ehtiras deyil, çatışmazlıqdır. Fiziki deyil, mənəvi çatışmazlıq. Səni eşitmədikləri, görmədikləri, dəyər vermədikləri hissi.

Münasibətləri qorumağın yolu şübhə və ittihamlardan deyil, dürüst və dərin söhbətlərdən keçir - hisslər, arzular və ehtiyaclar barədə açıq danışmaqdan. Cütlüklər arasında açıqlıq və emosional səmimiyyət nə qədər çox olarsa, bu çatlara yad yaxınlığın sızması o qədər çətin olar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 381

Oxşar yazılar