Qadın boksçularımızdan 3 qızıl, 2 gümüş, 1 bürünc medal
04 mart 2013 17:11 (UTC +04:00)

Qadın boksçularımızdan 3 qızıl, 2 gümüş, 1 bürünc medal

Qadınlardan ibarət boks üzrə Azərbaycan milli komandası Almaniyanın Hamburq şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib. Boks Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yığmamız 3 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub.

 

Qızıl medalları Əzizə Abbasova (51 kq), Leyla Cavadova (75 kq) və yeniyetmələrin yarışında Alina Hacıyeva (+81 kq) qazanıb. Ceyran Dadaşova (48 kq) və Aynur Rzayeva (+81 kq) gümüş medala yiyələniblər. Anaxanım Ağayeva (51 kq) isə bürünc medalla kifayətlənib.

 

Qeyd edək ki, yarışda 12 ölkənin 130 boksçusu mübarizə aparıb. İştirakçı ölkələr arasında Avropanın qadın boksunda böyük ənənələri olan İsveç, Norveç, Polşa,  Danimarka, Türkiyə, Avstriya və Çexiya da olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 860
avatar

Oxşar yazılar