Gökhan “Spartak”a könül vermədi
19 yanvar 2013 18:17 (UTC +04:00)

Gökhan “Spartak”a könül vermədi

"Fənərbaxça" klubunun müdafiəçisi Gökhan Gönül karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.

Lent.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, "Spartak" (Moskva) klubu türkiyəli futbolçuya "elçi" düşüb.

Daha öncə "Fənərbaxça"dan Emanuel Emenikeni transfer edən "Spartak" klubu bu dəfə Gökhanı heyətinə qatmağı planlaşdırır. Moskva təmsilçisi Gökhanın transferi üçün 9 milyon avro xərcləməyə hazırdır. Lakin 28 yaşlı futbolçu "Spartak"ın təklifini rədd edib.

Qeyd edək ki, 2007-ci ildən "Fənərbaxça"da çıxış edən Gökhan karyerasını məhz bu komandada başa vurmaq istədiyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 844
avatar

Oxşar yazılar