Cüdoçularımız Avropadan əliboş qayıdır
02 mart 2013 17:54 (UTC +04:00)

Cüdoçularımız Avropadan əliboş qayıdır

Çexiyanın paytaxtı Praqada cüdo üzrə Avropa açıq turniri start götürüb. Apasport.az saytının məlumatına görə, bu gün 4 idmançımız tatami üzərinə çıxıb.

Artıq 48 kq çəki dərəcəsində mübarizə aparan Aişə Qurbanlı ilk döyüşünü keçirib. Ancaq o, türkiyəli Dilarə Lokmanhəkimə ippon fəndi ilə məğlub olub.

52 kq çəki dərəcəsində ilk döyüş isə idmançımız üçün uğurlu oub. Burda Turanə Seyidi Qazaxıstandan olan Altınay Baltinanı təmiz qələbə ilə məğlub edib. Onun növbəti mərhələdəki rəqibi fransalı Lüsil Düport olub. Ancaq Turanə bu görüşdə məğlub olaraq mübarizəni dayandırıb.

57 kq-da təmsilçimiz olan Şəhanə Hüseynova ilk döyüşündə kanadalı Julian Melankonu məğlub edib. Onun da rəqibi Fransanı təmsil edən idmançı olub. Ancaq bu dəfə də fransız cüdoçusu ilə bacara bilməmişik. Şəhanə Sindi Uberə məğlub olub.

Eləcə də 63 kq-da mübarizə aparan Xanım Hüseynov Braziliyadan olan Rafaela Silva ilə qarşılaşıb. Xanım bu döyüşdə rəqibinə yenilib.

Beləliklə, cüdoçularımız mübarizəni erkən başa vurmalı olub. Sabah turnirdə son gündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 837
avatar

Oxşar yazılar