Barselonanın futbolçusu “Yuventus” da?
23 fevral 2013 14:00 (UTC +04:00)

Barselonanın futbolçusu “Yuventus” da?

 

İtaliyanın nəhəng klublarından olan “Yuventus” gələn mövsüm üçün heyətini “Barselona”nın hücumçusu Aleksis Sançeslə gücləndirmək niyyətindədir. Lent.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, “Qoca Sinyora”nın rəhbərliyi çilili futbolçu ilə artıq danışıqlara başlayıb.

“Yuventus” Sançesi həmyerlisi  Arturo Vidal vasitəsi ilə razı salmağa çalışır. İtalyanlar Aleksisə görə Kataloniya klubuna 27 milyon avro  verməyi düşünürlər.

Qeyd edək ki, daha öncə “A” seriyasında “Udineze” nin şərəfini qoruyan Sançes “Barselona”nın heyətində 70 matçda forma geyinib və rəqib qapılarına 19 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1444
avatar

Oxşar yazılar