Oktyabrın 5-də Moskvada “Barvixa Luxury Village” konsert zalında “Rusiya gözəli – 2024” müsabiqəsinin final mərhələsi keçirilib.
Lent.az-ın xəbərinə görə, Çuvaşiyadan olan 18 yaşlı Valentina Alekseyeva Rusiyanın ən gözəli seçilib.
Qalib gözəllik tacı və 1 milyon rubl mükafat alıb. Valentina Alekseyeva bu il noyabrın 16-da Meksikada təşkil olunacaq “Dünya gözəli” müsabiqəsində Rusiyanı təmsil edəcək.