Paris-2024:  Azərbaycan cüdoçusu Olimpiadanın qızıl medalını qazandı! -VİDEO  -YENİLƏNİB
01 avqust 2024 19:58 (UTC +04:00)

Paris-2024: Azərbaycan cüdoçusu Olimpiadanın qızıl medalını qazandı! -VİDEO -YENİLƏNİB

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən cüdoçu Zelim Kotsoyev final görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, 100 kq çəki dərəcəsində onun finaldakı rəqibi gürcü cüdoçu İlya Sulamanidze olub. 

Gərgin keçən dueldə Kotsoyev rəqibinə qalib gələrək Olimpiadanın qızıl medalına yiyələnib.

 

***

18:42

Fransanın paytaxtında davam edən Yay Olimpiya Oyunlarında cüdo üzrə təmsilçimiz Zelim Kotsoyev yarımfinal görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, idmançımızın bu mərhələdəki rəqibi özbəkistanlı Muzaffarbek Turoboyev olub.

Rəqibini 1 vaza-ari xalı ilə məğlub edən Kotsoyev Olimpiadanın finalına vəsiqə qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1494
avatar

Oxşar yazılar