Türkiyədə azərbaycanlı qadını döyüb öldürənlər yaxalandılar
24 yanvar 2013 18:56 (UTC +04:00)

Türkiyədə azərbaycanlı qadını döyüb öldürənlər yaxalandılar

Türkiyədə öldürülən 25 yaşlı Azərbaycan vətəndaşı Cəmilə Cəbiyevanın qatilləri yaxalanıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Cəmilə Cəbiyeva keçən il sentyabrın 6-da itkin düşüb.

Bu il yanvarın 5-də Çanaqqalanın Ezine rayonunun Pinarbaşı kəndində gölməçədə bir naməlum qadın cəsədi tapılıb. Ekspertiza nəticəsində öldürülən qadının Cəmilə Cəbiyeva olduğu müəyyənləşib. Bundan sonra polis ətrafdakı mobil telefon stansiyalarında sentyabr ayında aparılmış cib telefon danışıqlarını araşdırıb. 15 gün ərzində diqqətlə aparılan araşdırma nəticəsində 24 yaşlı E.S. və 22 yaşlı O.D.-nin olay baş verən gün Cəmilə Cəbiyeva ilə mobil telefonla danışdıqları üzə çıxıb. Cəmilə Cəbiyevanın itkin düşdüyü gündən bu iki şəxsin 17 yaşlı E.Y  və 18 yaşlı M.B. ilə davamlı əlaqə saxladıqları da məlum olub. Bu dörd şəxs saxlanılıb. Onlar Cəmilə Cəbiyevanı ilə pul müqabilində cinsi əlaqədə olduqdan sonra döyərək öldürdüklərini etiraf ediblər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1834
avatar

Oxşar yazılar