Prezident İlham Əliyev “Total” şirkətinin rəhbəri ilə görüşüb
24 yanvar 2013 10:38 (UTC +04:00)

Prezident İlham Əliyev “Total” şirkətinin rəhbəri ilə görüşüb

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda “Total” şirkətinin rəhbəri Kristof de Marjeri ilə görüşü olub. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə “Total” arasında uzun illərdir davam edən əməkdaşlıqdan məmnunluq ifadə olunub. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənməsində Azərbaycan ilə “Total” şirkətinin əməkdaşlığının uğurla davam etdiyi bildirilib.

 


İkitərəfli əməkdaşlığın Azərbaycan-Fransa iqtisadi əlaqələrinin inkişafına da töhfə verdiyi vurğulanıb. 
Görüşdə “Total” şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410
avatar

Oxşar yazılar