Nizami Qocayev: “İsmayıllı rayonunda vəziyyət stabildir”
24 yanvar 2013 16:08 (UTC +04:00)

Nizami Qocayev: “İsmayıllı rayonunda vəziyyət stabildir”

“İsmayıllı rayonunda vəziyyət stabildir”.

Bunu Lent.az-a açıqlamasında İsmayıllı rayon Polis Şöbəsinin rəisi Nizami Qocayev söyləyib.

Nizami Qocayev rayondakı vəziyyətlə bağlı Daxili İşlər Nazirliyinə mütəmadi məlumat verildiyini də bildirib.

 

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Baş prokurorluq və Daxili İşlər Nazirliyi yanvarın 23-dən 24-nə keçən gecə İsmayıllı rayonunda baş vermiş hadisələrlə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilir ki, yanvarın 23-ü saat 21.30 radələrində İsmayıllı şəhərində "Çıraq" otelinin və 4 ədəd müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Buna səbəb oteldə işləyən Bakı şəhər sakini Emil Şəmsəddinovun şəhərin Nizami küçəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi və onu elektrik dirəyinə çırparaq qəza törətməsi, eyni zamanda, sərnişini, Bakı şəhər sakini Elməddin Məmmədovla birlikdə  yaxınlıqdakı VAZ-2107 markalı avtomaşının sahibi, rayon sakini Ramil Bəkirovu döyərək xəsarət yetirmələri olub. Əhalinin sıx olduğu yerdə baş vermiş hadisə yerinə xeyli sayda adam toplaşıb və onlara etirazlarını bildirib. Emil Şəmsəddinovun yerli sakinləri  nalayiq söyüşlərlə təhqir etməsi isə baş vermiş münaqişənin daha da böyüməsinə, nəticədə vətəndaşların oteli və otelin həyətindəki üç müxtəlif markalı avtomobili yandırmalarına səbəb olub. Bundan sonra destruktiv qüvvələrin təhriki ilə insident iştirakçıları yürüş edərək İcra Hakimiyyəti başçısı Nizami Ələkbərovun oğlu Elxana məxsus evi də yandırmağa cəhd göstərib. Rayon Polis Şöbəsi əməkdaşlarının gördüyü qətiyyətli tədbirlər nəticəsində baş vermiş hadisənin daha da genişlənməsinin qarşısı alınsa da həyətdə olan bir ədəd avtomobil yandırılıb. İnsidentin qarşısı alınarkən üçü polis əməkdaşı olmaqla dörd nəfər müxtəlif dərəcəli  bədən xəsarətləri alıb. Kütləvi münaqişənin baş verməsinin səbəbkarları Emil Şəmsəddinov və  Elməddin Məmmədov tutulub. Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyindən və digər məsul əməkdaşlarından ibarət olan heyət hadisə yerinə gəlib.  Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4482
avatar

Oxşar yazılar