Nigar Yaqublunun məhkəməsi fevralın 5-ə qaldı
24 yanvar 2013 15:21 (UTC +04:00)

Nigar Yaqublunun məhkəməsi fevralın 5-ə qaldı

Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədr müavini Nigar Yaqublunun apellyasiya şikayəti əsasında keçiriləcək məhkəmənin ilkin baxış iclasının vaxtı müəyyən olunub.


V əkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, apellyasiya şikayətinə hakim Mübariz Zeynalovun sədrliyi ilə baxılacaq. Məhkəmənin ilkin baxış iclası isə fevralın 5-ə təyin olunub.

 

Qeyd edək ki, Nigar Yaqublu ötən il sentyabrın 11-də saxlanılıb, onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həbs Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlı olub.

 

Abşeron rayon Məhkəməsinin hökmü ilə Nigar Yaqublu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. N. Yaqublu 2 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan da məhrum olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1175
avatar

Oxşar yazılar