Müavin: “İcra başçısı rayondadır”
24 yanvar 2013 03:27 (UTC +04:00)

Müavin: “İcra başçısı rayondadır”

“Hazırda rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov rayondadır”. Bunu APA-nın hazırda İsmayıllı rayonunda olan əməkdaşına rayon İcra Hakimiyyəti başçının birinci müavini Rəfael Əhmədov deyib.

 

Onun sözlərinə görə, icra başçısı da daxil olmaqla rayon rəhbərliyi baş vermiş hadisəni izləyib.

 

Birinci müavin bildirib ki, rayon rəhbərliyi yerli sakinlərlə danışıqlar aparıblar: “Hazırda aksiya baş çatıb, əhali evlərinə dağılışıb. Biz əhali ilə söhbət apardıq. Onların əsas tələbi otelin sahibinin cəzalandırılması, həmin obyektin bağlanmasıdır. Sabah yerli əhalinin nümayəndələri ilə rayon rəhbərliyi arasında görüş keçiriləcək, əhali dinləniləcək və tələblər yerinə yetiriləcək”.

 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, artıq “Çıraq” otelində və icra başçısının həyətində baş vermiş yanğınlar söndürülüb. Əhali evlərinə dağılışıb. Rayon ərazisində polis təhlükəsizlik tədbirlərini gücləndirib.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2107
avatar

Oxşar yazılar