Monika Bellucci də qaçır
24 yanvar 2013 19:30 (UTC +04:00)

Monika Bellucci də qaçır

Fransadan zənginlərin qaçışı davam edir. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Parisdə yaşayan italyan əsilli kino ulduzu Monika Bellucci Braziliyanın Rio de Janeyro şəhərinə köçəcəyini açıqlayıb.

Monika Bellucci Braziliyaya köçməsini Rio de Janeyro şəhərinə valeh olması ilə izah edib. Ancaq Fransa və İtaliya mətbuatı Monika Belluccinin də Parisdən köçməsinin Fransa prezidenti Fransua Ollandın zənginlərin yüksək vergi verməsi tələbi ilə bağlı olduğunu yazır. İndiyə qədər həyat yoldaşı, fransız kino ulduzu Vincent Cassel ilə Parisdə yaşayan 48 yaşlı Monika Bellucci isə bu iddianı rədd edib. O, Rio de Janeyronun dəniz sahillərinə və qumsallıqlarına vurğun olduğunu bildirib. Lakin aktrisanın bu açıqlaması da fransızları inandırmır.

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland ildə 1 milyon avrodan çox gəliri olan şəxslərin gəlirlərinin 75 faizi həcmində vergi verməsini zəruri sayır. Bu barədə qərar hələ qüvvəyə minməsə də, Fransua Olland bəyanatı belə varlıların təlaşa düşməsinə yol açıb. Keçən ilin sentyabrında ölkənin ən varlı adamı olan Bernar Arno Belçikaya üz tutub. Aktoyr Jerar Depardye Rusiya vətəndaşlığı alıb. Nikola Sarkozinin də yüksək vergidən can qurtarmaq üçün kapitalını Londona köçürməyə hazırlaşdığı, Londonda 1,5 milyard dollar kapitalla kommersiya qurumu yaratmaq istədiyi üzə çıxıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1143
avatar

Oxşar yazılar