İsmayıllıda baş vermiş insidentdə 5 nəfər yaralanıb-SİYAHI-FOTO
24 yanvar 2013 04:10 (UTC +04:00)

İsmayıllıda baş vermiş insidentdə 5 nəfər yaralanıb-SİYAHI-FOTO

İsmayıllıda “Çıraq” otelinin sahibi ilə başlanmış insident və aksiyada 4 nəfər aksiya iştirakçısı və bir polis nəfəri yaralanıb.

 

Bu barədə APA-nın hazırda İsmayıllı rayonunda olan əməkdaşına Mərkəzi rayon Xəstəxanasından məlumat verilib.

 

Məlumata görə, insident zamanı Nəsirov Emin Bəxliyar oğlu (1983),

Kərimov Rauf Bəxtiyar oğlu (1986), Xələfov İmran Vahid oğlu (1989) və

Bağırov Ramil Əlimurad oğlu (1985) müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Hadisə zamanı polis leytenantı Əsgərov Səfa Ədalət oğlu (1980) da kəllə-beyin travması alıb.

 

Həkimlərin bildirdiyinə görə, xəsarət alanlar  xəstəxanaya yerləşdirilib. Hazırda onlara tibbi yardım göstərilir.   

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1850
avatar

Oxşar yazılar