Baş Prokurorluq uçqunla bağlı məlumat yaydı
24 yanvar 2013 15:40 (UTC +04:00)

Baş Prokurorluq uçqunla bağlı məlumat yaydı

Baş Prokurorluq Bakıda avtodayanacağın tikintisi zamanı baş verən uçqunla bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə yanvarın 23-də saat 03.00 radələrində Bakı şəhəri, Nobel prospekti, 15 saylı ünvanda “Azure-Parkinq” şirkəti tərəfindən inşa edilən avtodayanacağın tikintisi zamanı daş hasarın uçması nəticəsində 1983-cü il təvəllüdlü Alıyev Firqət İsmayıl oğlu, 1965-ci il təvəllüdlü Dadaşov Samir Məhərrəm oğlu, 1990-cı il təvəllüdlü Hacıyev Nicat Əlibala oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bundan başqa, 1978-ci il təvəllüdlü Qurbanov Ələsgər Arif oğlu isə aldığı xəsarətlərdən Klinik Tibbi Mərkəzdə ölüb.

 

Xətai rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib və digər prosessual hərəkətlər yerinə yetirilib. Fakta görə həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1302
avatar

Oxşar yazılar