“Real Madrid” ən gəlirli klub oldu - SİYAHI
24 yanvar 2013 13:42 (UTC +04:00)

“Real Madrid” ən gəlirli klub oldu - SİYAHI

İspaniya “Real Madrid”i ardıcıl 8-ci dəfə dünyanın ən gəlirli futbol klubu sayılıb. Lent.az-ın məlumatına görə, Böyük Britaniyanın “Deloitte” auditor şirkəti belə qənaətə gəlib.

 

“Kral klubu” 8 il ərzində bu reytinq siyahısında birinci yeri tutmuş İngiltərə “Mançester Yunayted”inin nailiyyətini təkrarlayıb. “Real Madrid”in 2011-2012-ci il mövsümündəki gəliri 512,6 milyon avro təşkil edib. Madridlilər ildə 500 milyon avroluq gəlir həddini keçən ilk klubdur.

 

2011-2012-ci il mövsümünün 10 ən gəlirli klubu (milyon avro):

 

1. “Real Madrid” (İspaniya) — 512.6
2. “Barselona” (İspaniya) — 483
3. “Mançester Yunayted” (İngiltərə) — 395.9
4. “Bavariya” (Almaniya) — 368.4
5. “Çelsi” (İngiltərə) — 322.6
6. “Arsenal” (İngiltərə) — 290.3
7. “Mançester Siti” (İngiltərə) — 285.6
8. “Milan” (İtaliya) — 256.9
9. “Liverpul” (İngiltərə) — 233.2
10. “Yuventus” (İtaliya) — 195.4.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 923
avatar

Oxşar yazılar