Ucarda mühafizəçi iş yerində ölü tapıldı
23 fevral 2024 21:28 (UTC +04:00)

Ucarda mühafizəçi iş yerində ölü tapıldı

Ucar sakini iş yerində ölü tapılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, 1962-ci il təvəllüdlü Şakir Xasıyevin rayon ərazisində fəaliyyət göstərən sexin mühafizə otağında meyiti aşkarlanıb.

Şakir Xasıyevin 2 ilə yaxındır həmin sexdə çalışdığı bildirilir. O, özəl mühafizə fəaliyyəti ilə məşğul olub.

Faktla bağlı araşdırma aparılır.

# 2883
avatar

Oxşar yazılar