Bakıda külli miqdarda pul, 4 ev və obyekt ələ keçirildi
10 dekabr 2019 13:59 (UTC +04:00)

Bakıda külli miqdarda pul, 4 ev və obyekt ələ keçirildi

 


Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə  İdarəsinə müraciət edən Bakı şəhər sakini F.İsmayılov 2017-ci il aprel ayının 15-dən bu il may ayının 21-dək olan müddətdə paytaxt sakini A.Rəsulovun onu aldadaraq 165 min manatını, 4 mənzilini və 1 ticarət obyektini ələ keçirdiyini bildirib.

Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları müvafiq araşdırmalar aparıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən A.Rəsulov saxlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1569

Oxşar yazılar