Şahzadə Harri Kral III Çarlzın gözlənilməz ölümü və qardaşı Uilyamın tacqoyması səbəbindən çətinliklərlə üzləşə bilər.
Lent.az-ın xəbərinə görə, bu barədə “The Daily Beast” yazır.
Britaniyalı jurnalistlərin fikrincə, III Çarlzın ənənənin əksinə olaraq xəstəliyini elan etməsi onun artıq “finiş xəttinə” yaxınlaşdığını və sarayda artıq onun ölümünə hazırlaşdığını göstərir. Eyni zamanda, yeni kral çox güman ki, qardaşını kral sarayı ilə bağlı açıq-aşkar müsahibələrinə görə bağışlamağa hazır olmayacaq.
Bundan əvvəl Britaniya kralı III Çarlzın Avstraliyaya səfəri ilə əlaqədar xərçəng xəstəliyinin müalicəsini yarımçıq qoyacağı bildirilirdi.
Bukinhem sarayı bu ilin fevralında Britaniya kralına xərçəng diaqnozu qoyulduğunu açıqlayıb. Çarlz III dərhal müalicəyə başlayıb, bu müddət ərzində həkimlər ona ictimai tədbirlərdə iştirakdan imtina etməyi tövsiyə ediblər.
Sentyabrda kralın səhhətinin həkimlər tərəfindən müsbət qiymətləndirildiyi bildirilib