Rasim Məmmədovla bağlı SON QƏRAR
08 oktyabr 2024 11:28 (UTC +04:00)

Rasim Məmmədovla bağlı SON QƏRAR

"Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun barəsində olan hökmlə bağlı verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə məhkəmənin baxış iclası olub. Məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, R. Məmmədov şikayət ərizəsində Ali Məhkəmədən barəsində bəraət qərarı çıxarılmasını istəyib.

Xatırladaq ki, "Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə üzərinə həbs qoyulmuş 70 milyon manatlıq əmlaklar müsadirə olunub.

Bakı Apellyasiya Məhkəməsi onun barəsində olan həbs cəzasının müddətini 3 ay azaldıb. Hökmün əmlaklarla bağlı hissəsi dəyişdirilmədən saxlanılıb.

Ali Məhkəmə əmlaklarla bağlı şikayəti təmin etməyib./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1581
avatar

Oxşar yazılar

Bakıda evdən 6 min manat  oğurlandı

Bakıda evdən 6 min manat oğurlandı

8 oktyabr 2024 , 18:02
Rayon prokuroru rüşvətə görə HƏBS OLUNDU

Rayon prokuroru rüşvətə görə HƏBS OLUNDU

8 oktyabr 2024 , 17:23
Gənc cütlük evdə qazdan zəhərlənib öldü

Gənc cütlük evdə qazdan zəhərlənib öldü

8 oktyabr 2024 , 15:52
Bakıda qanunsuz yaşayan 40 əcnəbi saxlanıldı - VİDEO

Bakıda qanunsuz yaşayan 40 əcnəbi saxlanıldı - VİDEO

8 oktyabr 2024 , 15:16
Qadın gizlənqaç  oynayanda sevgilisini öldürdü

Qadın gizlənqaç oynayanda sevgilisini öldürdü

8 oktyabr 2024 , 14:34
Zaqatalada məktəbli qızı MAŞIN VURDU

Zaqatalada məktəbli qızı MAŞIN VURDU

8 oktyabr 2024 , 12:24
Qəzaya görə "20 Yanvar" yolunda tıxac yarandı

Qəzaya görə "20 Yanvar" yolunda tıxac yarandı

8 oktyabr 2024 , 12:13
Məscidə namaza gedən gənc özünü öldürdü

Məscidə namaza gedən gənc özünü öldürdü

8 oktyabr 2024 , 12:11