ABŞ-ın Miçiqan ştatında qız mübahisə zəminində yeddi yaşlı bacısını öldürüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, səhər valideynlər evdən çıxarkən 7 yaşlı qızlarını 13 yaşlı böyük bacısına tapşırıblar. Bacılar arasında isə tualetin təmizlənməsi mövzusunda mübahisə başlayıb.
Böyük bacı kiçik bacıya o qədər əsəbiləşib ki, onu vannanın yanında bıçaqlayıb. Bundan sonra o, dərhal atasına və polisə zəng edərək məlumat verib.
Yeddi yaşlı qıza on bıçaq zərbəsi vurulub. Onu xilas etmək mümkün olmayıb.
Böyük bacı bir neçə maddə ilə ittiham olunub və məhkəmə qarşısına çıxarılacaq.