Gəncədə bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Sadıllı qəsəbəsində yarımtikilinin həyətində baş verib.
60 yaşlı Cəlalov Akif Əmrah oğlu 57 yaşlı İbrahimov Hidayət Süleyman oğlunu bıçaqla vurub. Akif Cəlalov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.