Rusiyalı üzgüçü “Calella-Barselona” (İspaniya) yarışlarında boğulub.
Lent.az xarici mediaya istinadla bildirir ki, üzgüçülük yarışı başlayandan az sonra suda 41 yaşlı qadının meyiti tapılıb. Həkim briqadası idmançını reanimasiya etməyə çalışsa da, o, xəstəxanaya aparılarkən yolda təcili yardım maşınında dünyasını dəyişib.
Rusiyalı qadının ölümü ilə bağlı araşdırmalara başlanılıb. Suda batmağa ilkin səbəb kimi bədbəxt hadisə göstərilir.