Rusiyanın Moskva vilayətində film kimi olay yaşanıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, Domodedovo şəhərinin Kurıjova küçəsində 9-cu mərtəbədən yıxılan 4 yaşlı uşaq xilas olunub.
Belə ki, 6-cı sinif şagirdi Əmir Abaçev azyaşlının binadan yıxıldığını görüb. Əmir dərhal qaçaraq onu tutub. Uşaq yerə dəyməyib, yüngül sınıq olub. O, Roşal Uşaq Klinik Mərkəzinə aparılıb.