Bakıda evdən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu A.M.Şərifzadə küçəsində qeydə alınıb.
78 yaşlı Rahilə Hüseyn qızı Quliyevanın meyiti yaşadığı evdə tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Məlumata görə, Rahilə Quliyeva Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının sədri, Ədəbiyyat nəzəriyyəsi kafedrasının professoru, filologiya elmləri doktoru olub, pedaqoq kimi çalışıb.