Bakıda qoca qadını bacısı ilə aldadıb 20 minini aldılar - ŞOK DƏLƏDUZLUQ
08 oktyabr 2024 10:40 (UTC +04:00)

Bakıda qoca qadını bacısı ilə aldadıb 20 minini aldılar - ŞOK DƏLƏDUZLUQ

Dələduzluğa məruz qalan paytaxt sakini olan 79 yaşlı qadın bu barədə polisə müraciət edib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, zərərçəkən oktyabrın 5-də bacısının yol-nəqliyyat hadisəsi törətdiyi barədə telefonla ona xəbər verildiyini və 20.000 manat istənildiyini bildirib. O, evinə gələn tanımadığı şəxslərə həmin məbləği verəndən bir qədər sonra isə aldadıldığını anlayaraq polisə məlumat verib.  

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə kuryer qismində bu qanunsuz əməllərə cəlb olunan Bakı şəhər sakinləri M.Əsgərli və G.İsrafilov müəyyən olunaraq saxlanılıblar. 

Araşdırmalar davam etdirilir.

DİN bir daha vətəndaşlara diqqətli olmağı, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirməyi və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməyi, bu cür hallarla rastlaşdıqda isə dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə məlumat vermələrini tövsiyə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1422
avatar

Oxşar yazılar

Bakıda evdən 6 min manat  oğurlandı

Bakıda evdən 6 min manat oğurlandı

8 oktyabr 2024 , 18:02
Rayon prokuroru rüşvətə görə HƏBS OLUNDU

Rayon prokuroru rüşvətə görə HƏBS OLUNDU

8 oktyabr 2024 , 17:23
Gənc cütlük evdə qazdan zəhərlənib öldü

Gənc cütlük evdə qazdan zəhərlənib öldü

8 oktyabr 2024 , 15:52
Bakıda qanunsuz yaşayan 40 əcnəbi saxlanıldı - VİDEO

Bakıda qanunsuz yaşayan 40 əcnəbi saxlanıldı - VİDEO

8 oktyabr 2024 , 15:16
Qadın gizlənqaç  oynayanda sevgilisini öldürdü

Qadın gizlənqaç oynayanda sevgilisini öldürdü

8 oktyabr 2024 , 14:34
Zaqatalada məktəbli qızı MAŞIN VURDU

Zaqatalada məktəbli qızı MAŞIN VURDU

8 oktyabr 2024 , 12:24
Qəzaya görə "20 Yanvar" yolunda tıxac yarandı

Qəzaya görə "20 Yanvar" yolunda tıxac yarandı

8 oktyabr 2024 , 12:13
Məscidə namaza gedən gənc özünü öldürdü

Məscidə namaza gedən gənc özünü öldürdü

8 oktyabr 2024 , 12:11