Kanada gənc qadın 3 günə 3 nəfəri öldürüb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, cinayətlər Toronto, Niaqara şəlaləsi və Kanadanın başqa bir şəhərində baş verib. Qətl hadisələri ötən həftənin çərşənbə axşamı və cümə axşamı günləri arasında üç gün ərzində həyata keçirilib.
Niaqara qraflığının polis rəisi Bill Fordi jurnalistlərə açıqlamasında cinayətkarı “seriyalı qatil” adlandırıb.
Saxlanılan şəxsin adı Sabrina Kauldhardır. Qeyd olunan hər üç cinayətdə şübhəli eyni olduğu üçün 30 yaşlı qadın həbs edilib.