Məşhur reperin meyiti qarajdan tapıldı
08 oktyabr 2024 13:55 (UTC +04:00)

Məşhur reperin meyiti qarajdan tapıldı

Yekaterinburqlu məşhur reper, MC Bandit kimi tanınan Aleksey Brajnikov ölü tapılıb. 

Lent.az-ın Rusiya mediasına istinadən məlumatına görə, 40 yaşlı sənətçinin meyiti Yekaterinburqun Uralmaş rayonundakı qarajda tapılıb. Hadisənin səbəbləri barədə məlumat verilmir. Musiqiçinin ölümü ilə bağlı məlumatı onun yaxınlarından biri təsdiqləyib.

Repçi son trekini 2024-cü ilin fevralında buraxıb. Brajnikovun bir oğlu olduğu bildirilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 783
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar