"O qədər pulumu kəsiblər. Bir adam var idi, uşaq vaxtı həmişə toyda pulumu kəsirdi. 5 manat qazanırdımsa, 1 manatı mənə verib, 4 manatı özünə götürürdü".
Lent.az xəbər verir ki, bu sözləri müğənni Zeynəb Həsəni şou proqramda səsləndirib.
“Hələ uşaq vaxtlarımdan toylarda oxuyub, pul qazanmışam. Ehtiyac olub, işləmişəm. Pulumu kəsən adam müğənni deyildi, musiqiçi idi. Təbii ki, hər birimiz çalışırıqsa, deməli, ehtiyacımız var.
Beş manat qazanırdımsa, 4 manatı götürüb, mənə 1 manat mənə verirdi. Halal xoşu olsun, halal etmişəm. Çünki bu yerə gəlib çatmağımda o insanın da əməyi var. Haqqını da tapdalamıram", - o bildirib.
Müğənni əlavə edib ki, populyarlıq qazanmasında Talıb Talehə borcludur:
“Məni ona görə tanıyıblar, ona görə əlim çörəyə çatıb. Kim nə deyir desin, mənim üçün dünyada bir nömrəli müğənni Talıb Talehdir”