Bakıda evdən 6 min manat  oğurlandı
08 oktyabr 2024 18:02 (UTC +04:00)

Bakıda evdən 6 min manat oğurlandı

Oktyabrın 5-də Yasamal rayonu ərazisində yerləşən evlərin birindən 6000 manat oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı E.Əzizov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501
avatar

Oxşar yazılar