Bu kənddə ölüləri  basdırmırlar
08 oktyabr 2024 15:13 (UTC +04:00)

Bu kənddə ölüləri basdırmırlar

İndoneziyanın Bali adasında yerləşən Trunyan kəndi öz qeyri-adi qədim dəfn adətləri ilə məşhurdur. Bu kənddə ölənləri basdırmırlar. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, yerli sakinlər deyirlər ki, onlar ölüləri yandırmırlar, çünki bu, Batur vulkanının qəzəblənməsinə və püskürməsinə səbəb ola bilər.

Kənddə əslində üç qəbiristanlıq (küburan) var. Onlardan birində uşaqlar, subay kişilər və qadınlar basdırılır.

İkincisi - intiharlar, xəsarətlərdən və ya təhlükəli infeksiyalardan ölən insanlar, həyatı boyu bədəninin hər hansı bir hissəsini itirən əlillər üçündür. Dünyanın bir çox yerlərində olduğu kimi bu qəbiristanlıqlarda da dəfnlər torpaqdadır. Yalnız Setra Wayah adlanan üçüncü qəbiristanlıqda ölülər torpağın altına yox, üstünə qoyulur. Təbii səbəblərdən vəfat etmiş və bədəni zədələnməmiş evli kişi və qadınları dəfn etmək üçün bura gətirilər.    

Bu qəbiristanlıq kənddən şimal-şərqdə, yarım kilometr aralıda yerləşir.

Əvvəlcə mərhumun cəsədi yuyulur və ucuz parçaya bükülür. Sonra onun son səfərinə ev və şəxsi əşyaları  ilə birlikdə yola salırlar. Kişilər mərhumu qayıqla müqəddəs ağaclar adlandırdıqları meşəyə aparırlar. Bu ağaclardan yayılan xüsusi qoxu meyitlərin qoxusunu itirir.

Ağacın altındakı dəfn mərasimində qadınların iştirakına icazə verilmir. Yerli inanclara görə, bu, zəlzələ, sel, torpaq sürüşməsi və ya vulkan püskürməsinə səbəb ola bilər.

Ölülər bambuk, qamış budaqlarından hazırlanmış kiçik qəfəslərin altına yerləşdirilir. Bu strukturlar ölüləri meymunlardan, yırtıcılardan və digər vəhşi heyvanlardan qoruyur..  

Meyit çürüyüncə sümükləri çıxarılıb daş pilləkənlərin üstünə yığırlar. Orada yüz illər əvvəl ölmüş insanların kəllə və bud sümüklərini görə bilərsiniz.

Kənddən gətirilən bütün əşyalar ölülərin yanında qalır. Küləyin və nəmin təsiri altında bədənlər olduqca tez parçalanır. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1323
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar