Sakinləri daha çox söyüş söyən şəhər  AÇIQLANDI
08 oktyabr 2024 19:59 (UTC +04:00)

Sakinləri daha çox söyüş söyən şəhər AÇIQLANDI

Hər il Rusiyanın ən çox söyüş söyən şəhərlərinin siyahısı yenilənir. 2024-cü ildə isə Moskva birinci yeri tutub.

“İnterium” rəqəmsal agentliyi 2024-cü ildə ən çox söyüş söyən şəhərlərin reytinqini açıqlayıb. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, mütəxəssislər sosial şəbəkələri, bloqları və messencerləri təhlil edərək belə qənaətə gəliblər ki, moskvalılar ən çox nalayiq sözlərdən istifadə edirlər. Bu barədə “Moskviç Mag” “İnterium” agentliyinin araşdırmasına istinadən məlumat yayıb.

İkinci yeri Sankt-Peterburq tutur, burada söyüş Moskvadakından iki dəfə azdır. Novosibirsk üçüncü yerdədir. Ötən il paytaxt üçüncü, Krasnodar ikinci, lider isə Pskov vilayətinin Dno şəhəri olub.

Analitiklərin fikrincə, Moskvanın reytinqdə birinci yeri kiçik şəhərlərin sakinlərinin onları sosial şəbəkələrdə “yaşayış yeri” qrafasında qeyd etməyi dayandırması ilə bağlıdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7194
avatar

Oxşar yazılar