Ümumi çəkisi 68 kiloqram 275 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb
Bu barədə Lent.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, dekabrın 28-də Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 56 kiloqram 575 qram narkotik vasitə (7 kq 45 qr heroin, 49 kq 120 qr marixuana, 410 qr metamfetamin), həmçinin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 11 kiloqram 700 qram marixuana aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.