Avropa İttifaqı elektron tullantılarla mübarizə və istehlakçılara rahatlıq təmin etmək üçün yeni direktiv dərc edib.
Lent.az xəbər verir ki, bu direktivə əsasən, Aİ-də satılan bütün mobil cihazların USB-C şarj portundan istifadə etməsi məcburidir.
Bu direktivə əsasən, 2025-ci ildən etibarən Aİ-də satılan bütün mobil cihazların USB-C şarj portundan istifadə etməsi məcburi hala gəlib.
USB-C şarj portunu vacib edən direktiv aşağıdakı cihazlara şamil olunur:
1. Mobil telefonlar
2. Planşetlər
3. Rəqəmsal kameralar
4. Qulaqlıqlar
5. Portativ dinamiklər
6. Elektron oxucular
7. Klaviaturalar
8. Mauslar
9. Oyun konsolları
Noutbuklar üçün uyğunluq müddəti 28 aprel 2026-cı il tarixinə müəyyən edilib.
İstifadə edilməmiş şarj cihazlarının sayını azaltmaq üçün Aİ istehsalçılara qutuya şarj cihazı qoymadan cihazları satmağa icazə verir.
Şarj cihazının daxil olub-olmaması qablaşdırmada aydın şəkildə göstəriləcək.