ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində ölkənin yeni seçilmiş prezidenti Donald Trampa məxsus 64 mərtəbəli “Trump İnternational” otelinin qarşısında Tesla “Cybertruck” markalı pikapın partlaması nəticəsində bir nəfər ölüb, 7 nəfər yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə Las-Veqasın polis rəisi Kevin Makmehill televiziya kanalında yayımlanan mətbuat konfransında bildirib.
““Cybertruck” otelin qapıları qarşısında dayandıqdan sonra biz maşından tüstü çıxdığını gördük, sonra isə güclü partlayış oldu. Onun sözlərinə görə, “Cybertruck”da olan şəxs həlak olub. “Partlayış nəticəsində 7 nəfər yaralanıb”, deyə o bildirib.
Hüquq-mühafizə orqanları hadisəni potensial terror hücumu kimi araşdırır. Hələlik partlayışın dəqiq səbəbi müəyyən edilməyib. Lakin avtomobildə pirotexniki vasitələr olub.
Hüquq-mühafizə orqanları ölən sürücünün partlayışı qəsdən törədib-törətmədiyini müəyyən etməyə çalışır.