Kirayədə qaldığı mənzili  toyuq fermasına   çevirdi
04 yanvar 2025 13:58 (UTC +04:00)

Kirayədə qaldığı mənzili toyuq fermasına çevirdi

İki ildən sonra mənzili yoxlayan sahibini sürpriz gözləyirmiş.

Vəziyyəti təsəvvür edin: bütün ömrünüz boyu toyuq yetişdirmək arzusunda olmusunuz, ancaq yaşayış binasında yaşayırsınız.

Nə seçəcəksiniz: ömürlük arzu, yoxsa qonşularınızın rahatlığı? Şanxaydakı hündürmərtəbəli binanın sakini bu suala birmənalı cavab verib - və bütün Çinin sosial şəbəkələrinə daxil olub.

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, hər şey icarə müqaviləsi ilə başlayıb.

Çoxmərtəbəli binada mənzil sahibi dərhal onu uzun müddətə kirayəçiyə icarəyə verib və iki ildir ki, bina ilə maraqlanmayıb və yaşayış sahəsini yoxlamaq qərarına gəldikdə, söz tapa bilməyib. 

“Mən sadəcə qəzəbliyəm!”, - mənzil sahibi deyib.

Qonaq otağı tünəklərlə dolu idi və bütün otaqlarda toyuqlar fırlanırdı.

Qonaq otağı toyuq yuvaları ilə dolu idi və bütün otaqlarda toyuqlar fırlanırdı.

"Burada çox pis iylənir. Quşlar döşəməni və divarları xarab edib. Bütün örtükləri əvəz etməyincə, burada yaşamaq mümkün olmayacaq", - evin sahibi şikayət edib.

Mənzildən pul qazanmaq da mümkün olmayıb: çünki kosmetik təmir iki illik kirayə gəlirindən qat-qat baha başa gələcək.

Halbuki, toyuq saxlayan özü son vaxtlara qədər məhz bu mənzildə yaşayıb və yataq otağında yatıb. Onun şəxsiyyəti naməlum olaraq qalır.

Vu adlı qonşu bildirib ki, o və bir çox başqa sakinlər mənzildən gələn boğucu üfunətli qoxu ilə bağlı dəfələrlə idarəetmə şirkətinə şikayət ediblər.

“Yalnız kirayəçi pəncərələri açmağı dayandırandan sonranəsə dəyişib. Nəticədə mənzil daha da pis vəziyyətə düşüb”, - qadın xatırladır.

Peşəkar hüquqşünas Çjan İn izah edib ki, Çin Xalq Respublikasının Mülki Məcəlləsinə əsasən, kirayəçi binadan istifadə məqsədini icazəsiz dəyişərsə, icarə müqaviləsinə xitam verilə bilər.

Müqavilədə istifadə məqsədini göstərməyi unutmusunuzsa, sadəcə olaraq, şəxsi sui-istifadə səbəbindən mənzilə dəymiş bütün ziyanı kompensasiya etməyə məcbur edə bilərsiniz.

Mənzil sahibi İnternetdə qeyri-adi kirayəçi ilə necə davranacağını soruşmağa qərar verib. İstifadəçilər fərqli reaksiya veriblər: bəziləri kirayəçinin məsuliyyətsiz davranışından hiddətlənib, digərləri isə bu adamın özünün belə dəhşətli şəraitdə necə yaşayıb üfunət qoxusuna dözə biləcəyinə heyrətlənib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9600
avatar

Oxşar yazılar