Dünyanın ən yaxşı şahmatçısı subaylıq həyatı ilə  vidalaşdı
06 yanvar 2025 09:22 (UTC +04:00)

Dünyanın ən yaxşı şahmatçısı subaylıq həyatı ilə vidalaşdı

Şahmat üzrə 16-cı dünya çempionu, norveçli qrossmeyster Maqnus Karlsen sevgilisi Ella Viktoriya Meloun ilə ailə qurub.

Lent.az-ın xarici mediaya itinadla verdiyi xəbərə görə, planetin ən yaxşı şahmatçısının və onun nişanlısının toy mərasimi Norveç paytaxtının ən hündür nöqtəsində, Holmenkollen ərazisində yerləşən kilsədə baş tutub.

Bəzi KİV-in məlumatına görə, Ella Viktoriya Meloun Osloda anadan olub və Norveç-Amerika əsillidir. Onun 26 yaşı var, Karlsendən səkkiz yaş kiçikdir.

Şahmat kralının toyu 2024-cü ildə Nyu-Yorkda (ABŞ) keçirilən dramatik Dünya Kubokundan bir neçə gün sonra baş tutub, burada Maqnus qalmaqallı şəkildə sürətli turniri başa çatdıra bilməmişdi.

Lakin sonra FİDE norveçli qrossmeysteri blits yarışlarına qaytarıb.

O, blitsdə qızıl medal qazanaraq rusiyalı Yan Nepomnyaşı ilə titulunu bölüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1245
avatar

Oxşar yazılar