Bayram tətili günlərində (2024-cü il dekabrın 30-dan 2025-ci il yanvarın 6-na qədər) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 40 müraciət daxil olub.
Bu barədə Lent.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Müraciət edənlərdən 14-ü alkoqol , 5-i dərman, 10-u dəm qazı, 5-i allergik reaksiya, 2-si botulizm, 4-ü isə sirkə turşusundan zəhərlənənlərdir.
Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.