Kino və teatr biletlərinə görə 50% ƏDV  qaytarılacaq - ŞAD XƏBƏR
07 yanvar 2025 17:40 (UTC +04:00)

Kino və teatr biletlərinə görə 50% ƏDV qaytarılacaq - ŞAD XƏBƏR

Fiziki şəxs olan istehlakçılara teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə yalnız nağdsız qaydada ödənilmiş ƏDV-nin 50 faizi qaytarılacaq.

Lent.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.

Müvəkkil bank 10 gün müddətində istehlakçının bank hesabına qaytarılmalı ƏDV məbləğini milli valyutada bank kartına (və ya hesabına) köçürmə yolu ilə qaytarır. Yenu Qaydaya əsasən, Vergi Məcəlləsinə uyğun olaraq, qaytarılan məbləğ teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə yalnız nağdsız qaydada ödənilmiş ƏDV-nin 50 faizini təşkil edəcək.

Bu Fərman 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1209
avatar

Oxşar yazılar