Məclis  başqanının seçilməməsinə   “eşşəklərlə” etiraz edildi
03 iyul 2025 22:07 (UTC +04:00)

Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi

Bu gün Kosovo Məclisində aprelin 15-də başlayan və Məclisin spikerini seçə bilməməsi səbəbindən hər iki gündə bir keçirilən sessiyası davam edib.

Sessiya 41-ci dəfə davam edib, parlamentin spikeri seçkiləri üzrə müvəqqəti komissiyanın yaradılması ilə bağlı səsvermə ilə başlayıb, lakin əksər partiyalar öz deputatlarını bu komissiyaya namizəd göstərməyiblər.

Komissiyanın yaradılması ilə bağlı səsvermə nəticə vermədikdə, müvəqqəti parlament sədri iclası iyulun 5-nə, şənbə gününə təxirə salıb.

Digər tərəfdən kosovolu fəal Arianit Koci konsensusa gələ bilməyən siyasətçilərə etiraz etmək üçün parlament binasının qarşısına 4 eşşək gətirib.

Eşşəklərin "inadkarlığı və dikbaşlığı simvolizə etdiyini" xatırladan Koci deyib: "41 dəfə görüşməkdən və parlamentin sədrini seçə bilməməkdən daha pis bir şey ola bilərmi? Ola bilməz. Sözün əsl mənasında pulumuzu israf edirlər”.

Koçi eşşəkləri İstoq şəhərindən paytaxt Priştinada parlamentin qarşısına gətirdiklərinə görə də üzr istəyib.

Polis əməkdaşları Kociyə eşşəkləri deputatların parlamentə daxil olduqları qapıya yaxınlaşdırmağa icazə verməyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410

Oxşar yazılar