ABŞ İrana yeni hava hücumuna  hazırlaşır - İDDİA
03 iyul 2025 13:33 (UTC +04:00)

ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA

ABŞ milli təhlükəsizlik strukturlarına yaxın hesab, İran ərazisinə ikinci hava hücumunun yaxınlaşdığını bildirib. 

Lent.az xarici mediaya ustinadla bildirir ki, mənbənin sözlərinə görə, zərbələr İslam Respublikasındakı nüvə obyektlərinə endiriləcək. Xəbərdə vurğulanır ki, Dövlət Departamenti bütün ABŞ vətəndaşlarına İranı dərhal tərk etməyi əmr edib.

Xəbərdə həm adi, həm də nüvə silahı daşıya bilən Amerika strateji bombardmançı B-2 Spiritin fotosu yer alıb. Təyyarə hərbi bazanın fonunda çəkilib ki, bu da əməliyyata hazırlığın aktiv mərhələsini göstərə bilər. 

Изображение

Pentaqon və ya Ağ evdən bu məlumatın rəsmi təsdiqi hələ ki yoxdur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 860

Oxşar yazılar