Uzun müddətdir ki, Bakı metrosunda qiymətlərin qalxacağı ilə bağlı məlumatlar dolaşır.
Bununla bağlı “Bakı Metropoliteni"ndən Lent.az-a məlumat daxil olub. Məlumatda aşağıdakılar qeyd edilib:
"Bakı Metropoliteni" QSC-nin gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur. Həmçinin metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb”.