Dağ xizəkçisi məşq zamanı yıxılıb öldü
16 sentyabr 2025 16:03 (UTC +04:00)

Dağ xizəkçisi məşq zamanı yıxılıb öldü

0

Məşq zamanı yıxılaraq xəsarət alan italiyalı dağ xizəkçisi Matteo Frantszo 26 yaşında dünyasını dəyişib.

Lent.az xəbər verir ki, hadisə şənbə günü Çilidəki La-Parva yamacında məşq zamanı baş verib. 

Frantszo ilk tramplində uğursuz tullanma edib. O, iki sıra qoruyucu toru keçərək trasdan 6–7 metr aralıda yerləşən baryerə çırpılıb. İdmançı təcili olaraq helikopterlə ən yaxın xəstəxanaya aparılıb, reanimasiya şöbəsinə yerləşdirilib, süni koma vəziyyətinə salınıb və intubasiya olunub. Lakin Frantszonun orqanizmi kəllə-beyin travması və onun yaratdığı beyin ödemi ilə mübarizə apara bilməyib. O, 15 sentyabrda dünyasını dəyişib.

Matteo Frantszo 17 dəfə Dünya Kuboku mərhələlərində iştirak edib. Onun ümumi reytinqdə ən yaxşı nəticəsi 2025-ci ildə 154-cü yer olub. 16 sentyabrda onun 26 yaşı tamam olacaqdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar