Husilər Təl-Əvivə ballistik raket  zərbəsi endirdi
16 sentyabr 2025 22:45 (UTC +04:00)

Husilər Təl-Əvivə ballistik raket zərbəsi endirdi

0

Yəməndəki husilər İsrailin Təl-Əviv şəhərindəki obyektlərdən birinə hipersəs ballistik raketi ilə zərbə endirdiklərini bəyan ediblər.

Lent.az xəbər verir ki, bu barədə hərəkatın silahlı qüvvələrinin nümayəndəsi Yəhya Səriyə məlumat verib.

“Yəmən silahlı qüvvələrinin raket birləşmələri “Fələstin-2” hipersəs ballistik raketindən istifadə etməklə hərbi əməliyyat həyata keçirib. Raket Təl-Əvivdə düşmənin mühüm obyektini hədəf alıb və əməliyyat uğurla başa çatıb”, – Səriə “Al Masirah” telekanalına açıqlamasında bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar