Şirer “Nyukasl”ın 23 ildə ilk Çempionlar Liqası oyununu qəribə səbəbdən  buraxacaq
16 sentyabr 2025 18:03 (UTC +04:00)

Şirer “Nyukasl”ın 23 ildə ilk Çempionlar Liqası oyununu qəribə səbəbdən buraxacaq

0

"Nyukasl"ın əfsanəvi futbolçusu Alan Şirer "sağsağanlar"ın Çempionlar Liqasında "Barselona" ilə oyununu buraxacaq.

Lent.az xarici mediaya istinadla qeyd edir ki, ingilis klubu 23 ildən sonra Avropanın əsas avrokubok turnirinə qayıdıb.

"ABŞ-da Premyer Liqanın təşkil etdiyi azarkeş festivalında olacam. Bu tədbir çoxdan planlaşdırılıb.

Mən Kanzasa gedirəm, uçuşum cümə axşamı günüdür. İnana bilərsinizmi? Oyunu buraxacağam. Mən özüm buna inana bilmirəm. Təəssüf ki, bu, mənim üçün kabusdur," -  Şirer etiraf edib.

Xatırladaq ki, “Nyukasl” sentyabrın 18-də “Barselona” ilə qarşılaşacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar