Əfsanəvi portuqaliyalı futbolçu Luiş Fiqu 52 yaşında yoldaşlıq oyununda ölkəsinin qapısına qol vurduqdan sonra sosial şəbəkələrdə gündəm olub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, futbolsevərlər Fiqunun qolu ilə bağlı "Əfsanə hələ də eynidir", "Zaman əfsanələri heç vaxt silmir" kimi şərhlər yazıb.
Futbolu tərk etdikdən illər sonra yoldaşlıq oyununda oynayan Luiş Fiqu keçmiş günlərini xatırladan çıxış edib.
52 yaşlı Fiqu vurduğu qolla tribunalarda sürəkli alqışlarla qarşılanıb. Həmin an sosial şəbəkədə sürətlə minlərlə dəfə paylaşılıb.