10 yaşlı yapon balığı Corc başında şiş olduğu üçün Avstraliyadakı Lort Smit Heyvan Xəstəxanasının cərrahiyyə şöbəsində əməliyyat olunub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Corcu əməliyyat etmək üçün baytar Tristan Riç üç vedrə su hazırlayıb: birində narkozlu su, digərində davamlı dozada narkozlu su, üçüncüsündə isə təmiz, təzə su olub.
Baytarın ilk etdiyi şey Corcu narkozlu vedrəyə qoymaq, o yatandan sonra isə onu xərək üzərinə qoyub davamlı narkozlu vedrədən oksigenli maye dolu borunu onun ağzına yerləşdirmək olub. 45 dəqiqə sonra əməliyyat bitəndə, doktor Riç Corcu təmiz su dolu vedrəyə qoyub, ağrıkəsici və antibiotik verib və bir neçə dəqiqə sonra o, heç nə olmamış kimi üzüb.
Corc əməliyyatı uğurla keçib, şiş çıxarılıb və o, daha 10 il yaşayıb.