Bakıda küçədən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində naməlum kişi meyiti aşkar edilib.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Mahir Əlmərdan oğlu Əmrahov olması müəyyən edilib.
Onun üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.