Hər yaşa uyğun  ən yaxşı   avtomobillər - SİYAHI
08 yanvar 2025 13:14 (UTC +04:00)

Hər yaşa uyğun ən yaxşı avtomobillər - SİYAHI

Mütəxəssislər gənclərə "Honda Civic"ə diqqət etməyi məsləhət görürlər, eyni zamanda “Subaru Outback”i təqaüdçülər üçün ən yaxşı seçim hesab edirlər.

Yaşla insanlar həyat tərzini dəyişir və bununla yanaşı, avtomobil seçmək meyarları da dəyişir. 

Lent.az-ın xəbərinə görə, indi GOBankingRates portalı bazarda ən yaxşı modelləri təhlil edib və müxtəlif yaş qrupları üçün ən uyğun olanları açıqlayıb.

Ən yaxşı avtomobilləri müəyyən etmək üçün GOBankingRates CarInsurance.org sığorta şirkətinin avtomobil sənayesi üzrə eksperti Melani Musson ilə danışıb. Ümumilikdə beş avtomobil müəyyən edilib.

20 yaşlılar – “Honda Civic”

İşə yeni başlayan gənclərin adətən bahalı avtomobillərə qulluq etmək və təmir etmək üçün kifayət qədər pulları olmur. Onlar həm bazar qiymətinə, həm də təmir dəyərinə görə sərfəli avtomobil seçməlidirlər.

Melani Musson deyir: "20 yaşlarında insanlar etibarlı büdcə avtomobili istəyirlər". 

Ekspert “Honda Civic”i ən yaxşı seçim hesab edir.

Əlavə etmək lazımdır ki, RepairPal analitikləri “Civic2i 5 ulduzdan 4,5 ulduzla qiymətləndirirlər. Onlar deyirlər ki, bu avtomobilin orta illik təmir xərcləri digər modellərin təxminən yarısıdır.

30 yaşlılar – “Toyota 4Runner”

Ekspert 30 yaşlı alıcılara “Toyota”nın 1984-cü ildən istehsal etdiyi klassik orta ölçülü avtomobili olan “Toyota 4Runner”ə diqqət yetirməyi tövsiyə edir.

Bu avtomobilin üstünlükləri arasında davamlılıq, etibarlılıq və sərnişinlər və yüklər üçün yer var.

40 yaşlılar – “Kia Telluride”

Orta yaş böyüməkdə olan uşaqlar və qocalmış valideynlər kimi yeni problemlər gətirir. Belə insanlar xüsusilə nəqliyyat vasitələrindən “sürprizlər” istəmirlər, ona görə də “Kia Telluride” burada ən yaxşı seçim olardı.

Ekspert deyir ki, "Telluride” əla istehsalçı zəmanəti ilə gəlir, buna görə də uşaqlarınız kollecə hazırlaşarkən əsas təmir riskiniz az olacaq və siz onlara pul qənaət edəcəksiniz".

50 yaşlılar – “Tesla Model S”

50 yaşına çatan bir çox insanın sürətli, dəbli avtomobil almaq üçün kifayət qədər pulu var. Belə insanlar “Tesla Model S”ə diqqət yetirməlidirlər.

"Bu, lüks və qabaqcıl texnologiya dövrüdür. Elektrikli avtomobil sizin üçün yeni bir şey ola bilər, amma buna öyrəşəcəksiniz və benzin almağa ehtiyac qalmayacaq", - , - Melani Musson deyir,

60 və daha yuxarı yaşlılar – “Subaru Outback”

Təqaüdçülər adətən rahatlığı, etibarlılığı və praktikliyi ilə öyünən avtomobillərə üstünlük verirlər. Bundan əlavə, onlar üçün avtomobilin çox bahalı olmaması vacibdir.

“Subaru” modeli bu tələblərə mükəmməl cavab verir. "Outback”, təqaüdçülərin sürməsi üçün kifayət qədər kiçikdir, lakin bir neçə nəvəni daşımaq üçün kifayət qədər böyükdür", - Melani Musson vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1359
avatar

Oxşar yazılar