Çində üzgüçü donmuş göldə buzun altında ölüb. Hadisə Hunan vilayətinin Çjantszyats şəhərində baş verib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Lu Man suya girdikdən az sonra çətinliklə üzləşib. Onun cəsədi cəmi gün sonra tapılıb.
Bildirilir ki, Lu buz dəliyindən təxminən 10 metr uzaqlıqdakı mağaraya qədər buzun altında üzməyi tələb edən tapşırığı yerinə yetirməyə çalışıb. Ehtimal olunur ki, o, üzərkən istiqaməti itirib və ətrafdakıların köməyinə baxmayaraq, buzun altında qalıb.
Bəzi ekspertlər deyirlər ki, buzun altındakı minimal işıq üzgüçülərin istiqaməti ayırd etmələrini çətinləşdirir. İşığın sınması və buzdan əks olunması da gölün harasından çıxmağı müəyyən etməyi çətinləşdirən vizual illüziyalar yarada bilər.
Ekspertlərin sözlərinə görə, buzdakı su axını və burulğanlar da üzgüçülərin mövqeyini dəyişə bilər və bu, çıxış yolu tapmağı çətinləşdirir. Buz altında üzmək də əsəbilik hisslərinə səbəb ola bilər ki, bu da onların mühakimə və qərar vermə qabiliyyətinə daha da təsir edə bilər. Onlar xatırlatdılar ki, buz altında üzmək açıq suda olmaqdan çox fərqlidir.